Yeni komissiya yaradıldı

Yeni komissiya yaradıldı
 
Nazirlər Kabineti "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərar qəbul edib.
Qərara əsasən, 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb. Həmçinin Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiqlənib.
Komissiyanın sədri Baş nazirin müavini Elçin Əfəndiyev, Komissiya sədrinin müavini Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Komissiyanın katibi isə Statistika Komitəsi Aparatının rəhbəri Cabbar Musayev təyin olunub. Bundan başqa, Komissiyanın üzvləri maliyyə nazirinin müavini İlqar Fətizadə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, müdafiə nazirinin müavini Kərim Vəliyev, daxili işlər nazirinin müavini İsmət Əliyev, ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, xarici işlər nazirinin müavini Nadir Hüseynov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Bağırov, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Azad Ələkbərov, Bakı şəhər icra hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev və "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Rəşad Nəsirov təyin ediliblər.
Qərara görə, Azərbaycanda əhalinin siyahıyaalınması 2019-cu il 1 oktyabr tarixli saat 00:00 vəziyyətinə, sorğu yolu ilə aparılacaq.(trend)



OXŞAR XƏBƏRLƏR

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

Krallar, kraliçalar və jaklar ən prestijli kartları hesab olunur.   Bəs bu rəqəmlərin real tarixi şəxsiyyətlər olub-olmaması barədə dəqiq məlumatınız...

Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb

İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.   ...

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...