"Durovun Fransada saxlanılması Rusiya müxalifətini iki yerə bölüb..." - ŞƏRH

"Durovun Fransada saxlanılması Rusiya müxalifətini iki yerə bölüb..." - ŞƏRH

“Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun Fransanın hava limanında həbs olunması dünya mediasının əsas gündəm mövzularından birinə çevrilib. Qeyd olunub ki, Durovun Fransada nəzarətdə saxlanılma müddəti 48 saat uzadılıb. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu xatırladıb ki, Pavel Durov Rusiyada biznes fəaliyyətinin imkansız olduğunu əsas gətirərək 3 il əvvəl ölkə vətəndaşlığından imtina edib:

 

“Ancaq orası da var ki, Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın dövlət strukturlarındakı şəxslər yazışmalarının əksəriyyətini “Telegram” üzərindən həyata keçirirlər. Ona görə də həmin strukturlar indi qorxurlar ki, Durov sosial şəbəkənin kodlarını Fransanın kəşfiyyat struktularına təhvil verə bilər. Bu isə öz növbəsində Rusiyanın siyasi və hərbi strukturlarının nümayəndələrinin “Telegram” üzərindən yazışmalarının faş olmasına şərait yaradacaq”.

 

Politoloq qeyd edib ki, burada müəmmalı bir məsələ var:

 

“Maraqlıdır ki, Durov Fransada həbs olunacağını bilə-bilə şəxsi təyyarəsi ilə Bakıdan Parisə uçmağa qərar verib. Fransanın müvafiq strukturları Durovun Bakı səfərinin təfərrüatlarını da ondan öyrənməyə çalışacaqlar. Rusiyanın mühacirətdə olan müxalifət nümayəndələri və yazarları ikiyə bölünüblər. Bir qisim Durovun həbsinin siyasi motivli olduğuna iddia edərək onun azadlığını tələb edir, digərləri isə “Telegram” yaradıcısının Rusiyanı tərk etməsinə baxmayaraq, onun şəbəkəsinin işğalçı qüvvələrin dəstəkçisi rolunda çıxış etdiyini vurğulayırlar”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...