Mərkəzi Bankdan ikinci devalvasiya ilə bağlı – AÇIQLAMA

Mərkəzi Bankdan ikinci devalvasiya ilə bağlı – AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.

Sfera.az xəbər verir ki, AMB-dən “APA-Economics”ə verilən məlumata görə, FES-in qəbul etdiyi qərar gözlənilən idi:

“Şübhəsiz ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik”.

Son zamanlar ictimaiyyət arasında manatın növbəti dəfə devalvasiyaya uğraması, habelə üzən məzənnəyə keçidlə bağlı müxtəlif fikirlər səslənir. FES-in qərarı isə bu söz-söhbətlərin daha da böyüməsinə səbəb ol bilər.

Buna münasibət bildirən Mərkəzi Bank rəsmisi deyib:

“Hələlik bununla bağlı nə isə demək çox çətindir, proses hazırkı axarı ilə davam edəcək. Bununla bağlı daxili müzakirələr aparılır. Hadisələr çox sürətlə dəyişir və onlardan asılı olaraq, hökumətlə razılaşdırılmış, planlaşdırılmış şəkildə Mərkəzi Bank öz məzənnə siyasətini həyata keçirəcək”.

AMB rəsmisi ona da əlavə edib ki, hələlik bivalyuta səbətində dollar və avronun payında dəyişiklik gözlənilmir.

Qeyd edək ki, FES-in qəbul etdiyi qərara əsasən uçot dərəcəsi 0,25% artırılıb.


OXŞAR XƏBƏRLƏR

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...