Maşallah Əhmədov xəstəxanaya yerləşdirildi

Maşallah Əhmədov xəstəxanaya yerləşdirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sfera.az verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən proses təxirə salınıb. Buna isə M.Əhmədovun səhhətinin səbəb olduğu bildirilib. Özəl klinikaların birindən məhkəməyə daxil olan rəsmi məktubda M.Əhmədovun xəstəxanaya yerləşdirildiyi qeyd olunub.
Buna görə də məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb.
Xatırladaq ki, bu gün M.Əhmədova hökm oxunmalı idi. Dövlət ittihamçısı M.Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Neftçi”nin keçmiş futbolçusu olan Maşallah Əhmədov bir neçə şəxsə tikinti materialları satmaq adı ilə 150 min manata yaxın pul alıb qaytarmadığı üçün 2015-ci il dekabrın 14-də saxlanılıb. İstintaq dövründə zamində olub.



OXŞAR XƏBƏRLƏR

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

Krallar, kraliçalar və jaklar ən prestijli kartları hesab olunur.   Bəs bu rəqəmlərin real tarixi şəxsiyyətlər olub-olmaması barədə dəqiq məlumatınız...

Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb

İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.   ...

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...