DÜNYADA ŞOK OLAY! Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO
Gələcək ananın bu qərarından sonra Nottingemşirdəki "CARE Fertility" klinikasında üçüncü embrion dondurulmuşdu.
Milli.az bildirir ki, 2008-ci ilin noyabrında Kinqs Linndəki "Queen Elizabeth Hospital"da əkiz oğulları Deniel və Ceymsi dünyaya gətirən 35 yaşlı N.Braytinin dediyinə görə, ötən il əri Kevin ilə daha bir övlad sahibi olmaq qərarına gəldiklərini deyib.
Dondurulmuş 3-cü embrion bu minvalla qadının bətninə yerləşdirilib və əkiz qardaşların bacısı, üçəmlərin üçüncüsü olan Elizabet doğulub.
"Üç övladımın üçəm olduqlarını deyəndə kimsə mənə inanmır. Halbuki Elizabet doğulanda həkimlər də dedilər ki, qızım əkiz qardaşları Deniel və Ceymsin tam bənzəridir", - İngiltərənin Kembricşir qraflığındakı Uisbeç şəhərində yaşayan Nikola Brayti deyib.
Onun sözlərinə görə, süni mayalanma yolu ilə üçəmlərin doğulması 20 min funt-sterlinqə başa gəlib.