Nəsiman Yaqublu harada dəfn olunacaq?

Cəmiyyət
09:15 / 26.08.2024
4483
Ötən gün yol qəzasında həlak olan tarixçi-professor Nəsiman Yaqublunun dəfn yeri məlum olub.
Sfera.az-ın məlumatına görə, mərhum professor Zabrat qəbiristanlığında torpağa tapşırılacaq.
Dəfn mərasimi günorta saatlarında baş tutacaq.
Qeyd edək ki, deputatlığa namizəd Nəsiman Yaqublu Zəngilan rayonunda seçicilərlə görüşdən qayıdarkən şəxsi avtomobili ilə qəzaya düşüb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən professorun həyatını xilas etmək mümkün olmayıb.