"Səddam haqqlı çıxdı"
15:27 / 20.12.2016
2001
İraqın keçmiş prezidenti Səddam Hüseyn 2003-cü ildə tutulduqdan sonra CİA tərəfindən aparılan sorğu-sualı kitablaşdırılıb. "Prezidenti məlumatlandırma: Saddam Hüseyinin istintaqı” (Debriefing The President: The Interrogation Of Saddam Hussein) adlı kitabında tarixin S.Hüseyni haqqlı çıxartdığını etiraf edən CİA agenti Con Nikson bildirib ki, keçmiş lider ona "uğursuz olacaqsınız, çünki İraqı tanımırsınız” deyib.
Niksonun yazdığına görə S.Hüseyn onlara verdiyi ifadədə dilini, tarixini, mədəniyyətini bilmədikləri ölkənin idarə olunmasının mümkün olmadığı deyib və vurğulayıb ki, çox keçməz bunun şahidi olacaqsınız.
Tarix daha sonra Səddamı haqqlı çıxardıb. 2004-cü ilin aprelində ABŞ rəhbərlik etdiyi koalisiya qüvvələriylə Əl-Qaidə, Mehdi ordusu və Baas partiyasının tərəfdarları arasında toqquşmalar baş verdi. Baş verən silahlı insidentlərdə 1342 sünni və şiə silahlı öldü. Koalisiya qüvvələrinin itkisi isə 383 nəfər idi.
Nikson kitabında yazır ki. Səddam İraq hökumətiylə Əl-Qaidə arasında hansısa əlaqəni inkar edib. ABŞ dövləti 2001-ci il terror hücumundan sonra radikal qruplara qarşı aparacağı mübarizədə sekulyar bir dövlət kimi İraqla daha yaxşı anlaşa bilərdi.
Kitabda İraqın kimyəvi silaha sahib olmadığını bildirən S.Hüsey deyib ki, Amerika xalqı cahildi və İraqın axırına çıxaracaqlar. Nikson sorğu sualda S.Hüseynin kimyəvi silahdan iftifadə etməəcəyi ilə bağlı sözlərinə qarşı Hələbcə qətliamını soruşub. Eks prezident buna bərk əsəbləşib və deyib ki, ölkəni qorumaq üçün nə lazımdırsa onu edərəm. Üstəlik əlavə edərək "o qərarı mən almadın” bldirib.





