Gülşən Paşayeva şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Gülşən Paşayeva şəhid ailələrini ziyarət etdi - FOTOLAR

13 saylı Xəzər ikinci seçki dairəsi üzrə birtərəf namizəd Gülşən Paşayeva Qala qəsəbəsinin sakinləri olan Vətən müharibəsi qəhrəmanları - şəhid Ramiz Vaqif oğlu Qasımov, şəhid Adil Asəm oğlu İbrahimli və şəhid Elçin Elşən oğlu Mansurovun ailələrini ziyarət edib.

 

Sfera.az xəbər verir ki, səmimi keçən görüşlərdə şəhidlərimizin qısa və şərəfli ömür yollarından, qəhrəmanlıqlarından bəhs edilib.

 

Gülşən Paşayeva şəhid ailələri ilə görüşün onun üçün qürur və fəxr olduğunu bildirib.

 

Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin xatirəsini uca tutacağını bildirən Gülşən Paşayeva şəhid ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

 

Gülşən Paşayeva bildirib ki, adları şanlı tariximizə qızıl hərflərlə yazılan şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir və hər zaman yad ediləcəkdir. Onlar həmçinin gələcək nəsillərə örnəkdir:

 

 

“Onlar sarsılmaz iradələri, qələbə əzmi və döyüş məharətləri ilə tarixi qələbənin qazanılmasında böyük rol oynayıblar. Şəhidlərimiz canı, qanı və ruhu ilə vətəninə, xalqına bağlı olan qəhrəmanlardır. Siz vətənə belə mübariz oğullar verməklə milyonlarla övlad qazandınız”.

 

Şəhid ailələri Gülşən Paşayevaya dövlətinə, xalqına fəaliyyətində və Milli Məclisə seçkilərdə uğurlar arzulayıb, öz xeyir-dualarını veriblər.

 

Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkilib və onlara ərzaq bağlamaları təqdim olunub.

 

 


OXŞAR XƏBƏRLƏR

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet sa...

Yaponiyada qadınların orduya yolu tam açıldı

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, av...

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...