Zaur Şükürov şəhid ailələrini ziyarət etdi - FOTOLAR

Cəmiyyət
20:30 / 25.08.2024
6444
Milli Məclisə keçirilən seçkilərdə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsi üzrə deputatlığa namizəd olan Zaur Şükürov bu gün Qaradağ rayonunun Qızıldaş qəsəbəsində şəhidlərimiz Qasımov Elsevər Oruc oğlu və Hüseynov Çərgəz Gəray oğlunun ailələrini ziyarət edib.
Sfera.az xəbər verir ki, nazmizəd bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Şəhidlərimizin ailələri dövlətimiz tərəfindən onlara daim diqqət göstərildiyini bildirdilər. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirəm!" - deyə namizəd qeyd edib.