Bakıda klassik avtomobillərin möhtəşəm sərgisi - FOTOLAR

Bakıda klassik avtomobillərin möhtəşəm sərgisi - FOTOLAR

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı, “Nazar Holding”in baş sponsorluğu ilə paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib. 

 

Sfera.az xəbər verir ki, artıq ənənə halını alan yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb.  

 

Müxtəlif illərdə və ölkələrdə istehsal olunan bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edib

 

Yürüşdə Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və bir çox tanınmış şəxslər də iştarak ediblər.

 

Yürüşə 1984-cü ilədək istehsal olunan avtomobillər qatılıb. Onların arasındakı ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” da olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.

 

Dənizkənarı Milli Parkdan start götürən klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüş ediblər. Klassik nəqliyyat vasitələri Dənizkənarı Bulvar - Neftçilər Prospekti -Ağ Şəhər-Heydər Əliyev Mərkəzi - Heydər Əliyev Prospekti - Hava limanı yolu- Zığ şossesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar. 

 

Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçirilib. Hər kəs bu avtomobillərin qarşısında gözəl foto çəkdirib, klassik avtomobillərin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Burada tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert və əyləncə proqramı təqdim edilib, viktorinalar, geyim və avtomobillər üzrə müxtəlif nominasiyalarda qaliblər seçilib.  

 

Sfera.az-ın əməkdaşı sərgidən maraqlı görüntüləri qeydə alıb. Həmin fotoları təqdim edirik:

 

ANAR BAYRAMLI

.

 


OXŞAR XƏBƏRLƏR

Xanımından Azərlə bağlı PAYLAŞIM - FOTO

Komada olan aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yoldaşı ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, Nigar ötən ilin 23 de...

iOS istifadəçiləri fişinq hücuma daha çox məruz qalırlar - ARAŞDIRMA

2024-cü ilin 3-cü rübündə iOS cihazları Android cihazları ilə müqayisədə fişinq hücumlarına qarşı daha yüksək zəiflik nümayiş etdirib.   Sfera.az xə...

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andriya Mandiçə başsağlığı məktubu ünvanlayıb.   Milli Məclisin Mətbuat və ictima...

Türkiyə XİN: Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq

Suriya həbsxanaları və düşərgələrində qalan İŞİD terrorçularının vətəndaş olduqları ölkələrə göndərilməsi lazımdır.   Sfera.az xəbər verir ki, bu bar...

Gəncədə sükan arxasında infarkt keçirən sürücü öldü - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, 1971-ci il təvəllüdlü H.Məmmədov “Opel ” markalı avtomobili ilə şəhə...

Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edildi

Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günü ...