Milyoner Mayk Linçin qızının cəsədi də batmış yaxtada tapıldı

Milyoner Mayk Linçin qızının cəsədi də batmış yaxtada tapıldı

Britaniyalı milyoner Mayk Linçin qızı, 18 yaşlı Hanna Linçin cəsədi yaxtanın kabinələrindən birində aşkar edilib.


Sfera.az bildirir ki, tapılan cəsəd batan yaxtada itkin düşən altı nəfərdən sonuncusu olub.


Qızın meyiti öz kabinəsində tapılıb. Hanna Linç valideynləri ilə yaxtada olub. Yeri gəlmişkən, Anjela xilas edilən üç ailə üzvündən yeganədir.


Qeyd edək ki, Hanna bu il məktəbi bitirib və Oksford Universitetinə ingilis filologiyası fakültəsinə qəbul olub.


Əvvəlcə media Hannanın cəsədinin atasının cəsədi ilə birlikdə tapıldığını yazsa da, sonradan bu məlumat təkzib edilib.


Atası da daxil olmaqla daha beş nəfər “Bayesian” yaxtasının ayrıca kupesində tapılıb.

 

Fırtına başlayanda yaxta yan tərəfə əyilən zaman fəlakət qurbanları yaxtanın hava yastığının əmələ gələ biləcəyi yuxarı tərəfə qaçmağa çalışıblar.
 

"Tamamilə aydındır ki, insanlar sol tərəfdəki kabinlərdə gizlənməyə çalışıblar və biz ilk beş cəsədi sol tərəfdəki birinci kabinədə, sonuncunu isə sol tərəfdəki üçüncü kabinədə tapdıq. Biz onları gəminin ən yüksək hissəsində, səthə çıxan yerdə tapdıq” - deyə xilasedicilər bildirib.


Ümumilikdə yaxtada ölənlərin sayı yeddi nəfər olub. Xilasedicilər ilk olaraq gəmidən bir qədər aralıda aşpazın cəsədi aşkar edilib.


Dalğıclar 50 metr dərinlikdə işləməli və qurbanları axtarmaq üçün robotlardan istifadə etməli, həmçinin qalınlığı 3 sm olan yaxtanın şüşələrini sındırmalı olublar.
 

Fəlakətdə insan amilinin olması faktı da araşdırılır. Hadisəyə görə qəsdən adam öldürmə faktı ilə bağlı istintaq davam edir. Baş prokuror Raffaele Cammarano bildirib ki, sağ tapılanlardan narkotik və alkaqol testləri alınıb. Daha sonra onlar təbii fəlakət zamanı yaxtada olan 22 nəfərdən yeddisinin ölümünün səbəblərini öyrənmək üçün dindiriləcəklər.
 

"Onların nə qədər bildiyini öyrənəcəyik".
 

“Bayesian” istehsalçısının fikrincə, batmaz gəmi hesab olunurdu. Onun bu qədər tez, cəmi 16 dəqiqə ərzində dənizin dibinə batması, ekipajın lyukları bağlamadığını da göstərə bilər.


Eyni fikirlə “Bayesian”ı quran “Perini Navi”nin sahibi olan “The Italian Sea Group”un təsisçisi və baş direktoru Giovanni Costantino da razılaşır.
 

Gəminin batmasının səbəbini dəqiq müəyyən etmək üçün onu səthə qaldırmaq lazımdır. Bu barədə xilasetmə əməliyyatlarının direktoru Nik Bark bildirib. O əlavə edib ki, bu, kran barjı da tələb edən bahalı və mürəkkəb proses olacaq.
 

“Bayesian”ın dalğaların içinə sürülüb yerə çırpıldıqdan sonra eniş axını ilə çevrilib. Daha sonra arxa tərəfində batdığı güman edilir.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...