Rizvan Nəbiyevin seçicilərlə görüşü davam edir -FOTO

Rizvan Nəbiyevin seçicilərlə görüşü davam edir -FOTO

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olan Rizvan Nəbiyevin seçicilərlə növbəti görüşü Abşeron rayonu, Xırdalan şəhərində baş tutub.

 

Görüş zamanı seçicilərini Seçki Platforması ilə tanış edən namizəd hədəf götürdüyü məsələlərdən danışıb.

 

Çıxışı zamanı Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti də daxil olmaqla, ali təhsil müəssisələrinə qəbulun nəticələrinin açıqlandığını xatırladan namizəd tələbə adını qazanan gəncləri və onların doğmalarını təbrik edib. 

 

R.Nəbiyev bildirib ki, platformasında əsas yeri tutan məsələlərdən biri də özünün də qaçqınlıqdan diplomatiyadək həyatında rol oynayan təhsildir. Buna görə də o, gənclərin təhsili sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Abşerondan daha çox gəncin xaricdə təhsili məqsədilə təqaüd alması imkanlarının təşviqinin, gənclərin xarici dil biliklərinə yiyələnməsinin stimullaşdırılmasının əsas hədəflərindən olduğunu söyləyib.

 

Deputatlığa namizəd həmçinin əlavə edib ki, Almaniya təcrübəsindən çıxış edərək dual (təhsil və təcrübəni ikili olaraq eyni vaxtda özündə ehtiva edən) peşə təhsili məktəblərinin müvafiq səlahiyyətli qurumlarla əlaqələndirilməklə yaradılması və inkişafını vacib hesab etdiyini bildirib.

 

R.Nəbiyev xarici ali təhsil müəssisələrdə doktorantura pilləsində də təhsil almaq üçün təqaüd verilməsi ilə bağlı Dövlət Proqramına dəyişiklik nəzərdə tutan Prezident Fərmanını 2007-ci ildə təsdiq edilmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında təsbit olunmuş peşəkar insan ehtiyatlarının hazırlanmasına töhfə olduğunu vurğulayıb.

 

Daha sonra namizəd Abşeronun təmiz və dayanıqlı inkişafı naminə hədəflərdən danışıb. 

O, təşviqat kampsniyasına şəhid ailələri və qazilərimizlə görüşlərdən başladığını bildirərək onların daima dövlətimizin qayğısı ilə əhatə olunduğunu vurğulayıb. R.Nəbiyev onların təkcə səsinə deyil, xeyir-duasına da ehtiyac olduğunu qeyd edib.

 

Sonda R.Nəbiyev seçicilərin müraciətlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

 


OXŞAR XƏBƏRLƏR

Bu ödənişlər artırılır - RƏSMİ

İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi ...

Bu şəxslərin istilik təchizatı dayandırılacaq

İstehlak edilmiş istilik enerjisinin dəyəri barədə satıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən(göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) ...

İstilik təchizatı sektorunda YENİLİK

2028-ci il iyulun 1-dən istilik təchizatı sektorunda qiymətlər (tariflər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəc...

Təqaüdlər və müavinətlər artırılır - Bu tarixdən...

Cənab Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də ölkəmizdə sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq...

DİN-dən əhaliyə daha bir XƏBƏRDARLIQ​​​​​​​

Bank kartlarından oğurluq davam edib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib k...

"Heydər Əliyev gələndə KAMAZ şoferləri..." - Siyavuş Novruzov

"Ulu Öndər Heydər Əliyevi bəzən Atatürklə müqayisə edirlər".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar ...