"Barselona"nın müdafiəçisi zədə səbəbindən 2 ay futboldan uzaq qalacaq

İdman
14:42 / 24.08.2024
6058
İspaniyanın "Barselona" klubunun müdafiəçisi Andreas Kristensen 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Danimarka millisinin üzvü ciddi zədə alıb.
Qeyd edək ki, 28 yaşlı oyunçu cari mövsüm kataloniyalıların heyətində La Liqada "Valensiya"ya qarşı keçirilən matçda iştirak edib.