Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına BAŞLANILDI

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına BAŞLANILDI

Bu il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb.

 

Sfera.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədr və katiblərinin iştirakı ilə açıq və şəffaf reallaşan prosesi beynəlxalq və xarici təşkilatların, seçki müşahidə missiyalarının, media mənsublarının və maraqlı subyektlərin yaxından izləmələri üçün hərtərəfli imkan yaradılıb.

 

Media nümayəndələrinin geniş və operativ işıqlandırdığı proseslə tanışlıq zamanı seçki bülletenlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili barədə ətraflı məlumat verilib, eyni zamanda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması üç gün davam edəcək və avqustun 26-da başa çatacaq. Bülletenlərin ilk gün – avqustun 24-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, o cümlədən ucqar rayonları əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 40 seçki dairəsinə, növbəti iki gün ərzində isə respublikanın bütün digər seçki dairələrinə qanunvericiliyin tələblərinə uyğun qaydada təhvil verilməsi və prosesə yekun vurulması nəzərdə tutulur.

 

Yüksək təhlükəsizlik şəraitində hazırlanan və qorunan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

 

Xatırladaq ki, Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, avqustun 15-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6516567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) seçki bülleteni çap olunub.


Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təhvil veriləcək. (report)


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...