Sabahın havası

Sabahın havası

Bakı və Abşeron yarımadasında dekabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.



OXŞAR XƏBƏRLƏR

Skandinaviya ölkələrində insanlar niyə bu qədər xoşbəxtdirlər?

Bəzi ölkələrdə insanlar ümumilikdə daha xoşbəxt görünürlər. Skandinaviya ölkələri bu baxımdan hər il zirvədədir. Amma bu xoşbəxtliyi təkcə iqtisadi zənginliklə ...

Putindən İlon Mask ilə əməkdaşlıq göstərişi

Rusiya Prezidenti Vladimir Putin “Qazprombank”-a ABŞ-lı milyarder və iş adamı İlon Mask ilə əməkdaşlıq etməyi tapşırıb.   Sfera.az x...

Kriptovalyuta bazarı hərəkətlənir: Həftənin ən çox qazandıran TOKENLƏRİ

Son günlər kriptovalyuta bazarında ciddi qiymət dəyişiklikləri baş verib. Bəzi altkoinlər rekord həftəlik artımlarla investorların diqqətini çəkib.   S...

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

Krallar, kraliçalar və jaklar ən prestijli kartları hesab olunur.   Bəs bu rəqəmlərin real tarixi şəxsiyyətlər olub-olmaması barədə dəqiq məlumatınız...

Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb

İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.   ...

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...