Nazir ambulansları satır

Nazir ambulansları satır

Azərbaycana xaricdən gətirilən təcili yardım maşınları paylanmır; Səhiyyə Nazirliyi ambulansların paylanması üçün təcili tibib yardım məntəqələrindən və xəstəxanalardan pul tələb edir...

Bu barədə Politika.Az-a özəl məlumat verilib. Məlumatda deyilir ki, nazir Oqtay Şirəliyev ambulansları biznesə çevirib. 

Nazirlikdə bu bazarlığa təhkim olunmuş şəxslərin olduğu iddia edilir. Xaricdən gətirilən təcili tibbi yardım maşınları tibb məntəqələrinə verilmir. Onlara qeyri-rəsmi şəkildə deyilir ki, ambulanslar pulla satılır. Ona görə də bu gün təcili tibib yardım məntəqələrində və xəstəxanalarda bu maşınlar çatışmır. 

Məsələn, Rafael Emil adlı sosial şəbəkə istifadəçisi yazıb: "Abşeron rayonunda 50 000 insan yaşayır. Amma təcili yardım məntəqəsində cəmi 4 maşın var. 

Çağrışdan iki saat sonraya gəlirlər. Mən həkimlərdən qətiyyən narazı deyiləm. Neyləsinlər, həqiqətən dayanmadan fəaliyyət göstərirlər. Ərazi böyük, əhali çox, maşın sayı az...” 

Bu faktı özü təsdiqləyir ki, ölkəyə idxal olunan ambulansların heç biri qarajlardan bayıra çıxarılmayıb. Səhiyyə Nazirliyi isə heç bir izahat vermir. Tam əsassız olaraq ambulanslar saxlanıb və həm xəstəxanalar, həm də insanlar əziyyət çəkir. 

Üstəlik, rayonlarda, kənd yerlərində, habelə Bakıətrafı ərazilərdə təcili tibbi yardım maşınları sovet dövründən qalıb. Onların çoxu "Qaz 24” ya da hərbçiləri daşıyan”QaZel”lərdir. Nəticədə təcili olaraq xəstənin yanına çata bilmirlər. 

Təkcə ötən il Bakıda müasir avadanlıqla təchiz olunmuş 100 ədəd təcili tibbi yardım maşını alınıb. Səhiyyə Nazirliyinin (SN) Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) fəaliyyəti qənaətbəxş deyil. 

Bu barədə ayrı-ayrı KİV-lərdə silsilə tənqidlərin dərc edilməsinə baxmayaraq, stansiyanın baş həkimi Mürsəl Həmidov fəaliyyətindəki nöqsanları aradan qaldırmaq barədə qətiyyən də olsa fikirləşmir. 

Baş həkim təcili yardım maşınlarının ünvanlara vaxtında çatmamasını yolların tıxac olması ilə əsaslandırsa da, bu özünümüdafiədən başqa bir şey deyil. Belə ki, yollar tıxac olmayanda belə təcili yardım işçiləri xəstənin yanına çox gec çatırlar. 

Bunun müxtəlif səbəbləri var. Birinci səbəb odur ki, dövlət tərəfindən Mürsəl Həmidovun stansiyasına verilən yanacaq maşınların yanacaq çəninə tam şəkildə vurulmur. 

Stansiyanın avtomobil bazasına rəhbərlik edən məsul şəxslər sürücülərlə qabaqcadan razılığa gələrək həmin benzini kənar şəxslərə satırlar. 

O qədər olub ki, təcili tibbi yardım maşınları çağırışa gedərkən benzin qutardığı üçün yolda qalıb. 

Və ya təcili yardım maşınlarına verilən təzə təkərlər avtomobil ehtiyat hissələrinin satıldığı mərkəzlərə pul qarşılığında satılır.

Əvəzində isə təcili yardım maşınlarına istifadəyə yararsız olan təkərlər vurulur. Belə olan təqdirdə təkərlər tez-tez partlayır və həkimlər xəstənin ünvanına çatmaqda çətinlik çəkirlər.


OXŞAR XƏBƏRLƏR

Kriptovalyuta bazarı hərəkətlənir: Həftənin ən çox qazandıran TOKENLƏRİ

Son günlər kriptovalyuta bazarında ciddi qiymət dəyişiklikləri baş verib. Bəzi altkoinlər rekord həftəlik artımlarla investorların diqqətini çəkib.   S...

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

Krallar, kraliçalar və jaklar ən prestijli kartları hesab olunur.   Bəs bu rəqəmlərin real tarixi şəxsiyyətlər olub-olmaması barədə dəqiq məlumatınız...

Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb

İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.   ...

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...