Partlayıcı əlində partladı- barmaqsız qaldı

Partlayıcı əlində partladı- barmaqsız qaldı
 
Zaqatalada bədbəxt hadisə nəticəsində gənc oğlanın əl barmaqları amputasiya olunub.
 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dekabrın 19-da rayonun Zəyəm kənd sakini, 1991-ci il təvəllüdlü Nurlan İbrahim oğlu İsayev evdə yeni il şənliyində istifadə etmək üçün el arasında "pojik” kimi tanınan partlayıcı qurğu düzəldib. N. İsayev düzəltdiyi partlayıcı qurğunun necə işlədiyini yoxlayan zaman qurğu əlində dağılıb. Nəticədə N. İsayevin sol əlinin barmaqları ciddi xəsarət alıb.
 
N. İsayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan APA-ya bildirilib ki, N. İsayevin sol əli üzərində cərrahiyyə əməliyyatı aparılıb və iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan N. İsayevin hazırda vəziyyətinin orta-stabil olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

Krallar, kraliçalar və jaklar ən prestijli kartları hesab olunur.   Bəs bu rəqəmlərin real tarixi şəxsiyyətlər olub-olmaması barədə dəqiq məlumatınız...

Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb

İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.   ...

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...