Qaya Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTO

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Qaya Məmmədov seçicilərlə görüşlərini davam etdirir.
Sfera.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
Nazmizəd seçkiqabağı təbliğat-təşviqat çərçivəsində Yeni Günəşli, AB yaşayış sahəsində yerləşən 72, 78 və 54-cü binalara, eləcə də D yaşayış sahəsindəki 19-cu binaya gedərək seçiciləri lə səyyar görüş keçirib. Görüş zamanı sakinlərə seçki prosesi və gündəliyimiz haqqında ətraflı məlumat verib və onların suallarını cavablandırıb. Seçicilərin sosial-iqtisadi qanunvericilik, kommunal xidmət, çoxmənzilli binaların təsərrüfatı, şəhərsalma və ictimai nəqliyyat kimi sahələrlə bağlı qaldırdığı məsələləri dinləyib.