Elçin Mirzəbəyli Daşdəmirbəyli və Xəlilli kəndlərində seçicilərlə görüşdü - FOTO

Bu gün 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Elçin Mirzəbəyli Ağsu rayonunun un Daşdəmirbəyli və Xəlilli kəndlərində də seçicilərlə görüşüb.
Sfera.az bildirir ki, deputatlığa namizəd Elçin Mirzəbəyli qeyd edib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var. Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd bildirib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun şəkildə həyata qurmalıdırlar.
Daha sonra deputatlığa namizəd seçki platformasının əsas istiqamətləri ilə bağlı seçicilərə məlumat verib, onların suallarını cavablandırıb.