Gülşən Paşayeva Qala qəsəbəsində iş adamlarıvə icma liderləri ilə görüşdü- FOTO

Gülşən Paşayeva Qala qəsəbəsində iş adamlarıvə icma liderləri ilə görüşdü- FOTO

Avqustun 22-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayevanın seçiciləri ilə növbəti görüşü keçirilmişdir. Təbdirdə Qala və Binə qəsələrində yaşayan yerli sakinlərlərlə yanaşı bu ərazidə fəaliyyət göstərən bəzi iş adamları və icma liderləri də iştirak etmişlər.

 

Sfera.az bildirir ki, ilk olaraq namizədin vəkilləri Ramin Quliyev və Ayxan Rüstəmzadə Gülşən Paşayevanın çoxşaxəli əmək və elmi fəaliyyətindən danışaraq, seçiciləri ona dəstək verməyə çağırmışlar. Onlar eləcə də ölkə iqtisadiyyatının inkişafında iş adamlarının əhəmiyyətli rol oynadığını bildirərək, işsizliklə bağlı problemlərin həllində onların da əməyini qeyd etmişlər. Daha sonra çıxış edən şərqşünas alim, filologiya elmləri üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi Gülşən Paşayevanın uzun illər ərzində Qarabağ həqiqətlərini beynəlxalq platformalarda səsləndirməsi istiqamətində apardığı fəaliyyətindən bəhs etmişdir.

 

Daha sonra çıxış edən namizəd Gülşən Paşayeva seçiciləri öz platforması ilə tanış etmişdir.  O həm iş adamlarını, həm də icma liderlərini yerli səviyyədə yaranmış problemlərin həllində yaxından iştirak etməyə çağırmışdır. Hər iki qrupun nümayəndələrinin sosial sabitlik və rifahın əldə edilməsində özünəməxsus rola malik olması xüsusi olaraq vurğulanmışdır. 

 

Görüş iştirakçıları narahat edən məsələlərin müzakirəsi ilə davam etmiş və səmərəli fikir mübadilə aparılmışdır. Sakinlər tərəfindən qaldırılan bütün problemlər namizəd Gülşən Paşayeva tərəfindən qeydə alınmışdır. Seçiləcəyi təqdirdə bu problemləri daha yaxından araşdıcağını bildirən namizəd, onları yerli və mərkəzi aidiyyəti qurumlar qarşısında qaldıracağını diqqətə çatdırmışdır. 

 

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində müstəqil namizədin Binə və Qala qəsəbəsində görüşləri davam etməkdədir.


OXŞAR XƏBƏRLƏR

ABŞ İranı yenidən vura bilər: "Tehran HƏMAS-ı danışıqlardan yayındırır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı danışıqlarda HƏMAS razılaşmaya yanaşmır və bölgədəki proseslərə İranın təsiri nəzərə çarpır.  O ə...

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...

Bakı metrosunda “yanğın”: FHN hərəkətə keçdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında taktiki-xüsusi təlim keçi...