Nigar Məmmədovanın seçicilərlə görüşləri davam edir - FOTOLAR


Nigar Məmmədovanın seçicilərlə görüşləri davam edir - FOTOLAR

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədovanın YAP Abşeron rayon təşkilatının qərargahında qazilərlə görüşü keçirilib.

 

Sfera.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 

Görüşdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Daha sonra rayon təşkilatının sədri deputatlığa namizəd Nigar Məmmədovanı seçicilərə təqdim edib.

 

Deputatlığa namizəd Nigar Məmmədova YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra Azərbaycan üçün yeni dövr başlayıb: “Şəhid ailələri, müharibə veteranları və digər bu kateqoriyadan olan şəxslərin maddi təminatı və sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır”.

 

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayonu üzrə sədri, Vətən müharıbəsi iştirakçısı Süleyman Cəfərov çıxış edərək şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, N.Məmmədova həmin gün bir qrup seçici ilə də fərdi görüşlər keçirib.


OXŞAR XƏBƏRLƏR

Nazirlər Kabineti sabit tariflə bağlı öhdəlik götürməlidir - Natiq Cəfərli

Xəbər verdiyimiz kimi, “Elektroenergetika haqqında” Qanun layihəsində dəyişiklik qüvvəyə minib. Beləliklə, bundan sonra elektrik enerjisi ilə əlaqəd...

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” kollektivinə qarşı oyun...

ABŞ İranı yenidən vura bilər: "Tehran HƏMAS-ı danışıqlardan yayındırır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı danışıqlarda HƏMAS razılaşmaya yanaşmır və bölgədəki proseslərə İranın təsiri nəzərə çarpır.  O ə...

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...