Vasif Qafarov bu kəndlərdə seçicilərlə görüşdü - FOTOLAR

Vasif Qafarov Astara rayonunun Kakalos və Pensər kəndlərində seçicilərlə görüşüb.
Sfera.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarovun təbliğat-təşviqat kampaniyası davam edir.
Vasif Qafarov avqustun 22-də Astara rayonunun Kakalos və Pensər kəndlərində seçicilərlə görüşlər keçirib. Tarixçi alim seçicilər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Vasif Qafarov 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin bir günlük antiterror əməliyyatından sonra işğal altında olan torpaqlarımızın işğaldan azad edildiyini, Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində təmin edildiyini vurğulayıb və Azərbaycan Respublikasının bütün ərazisində keçirilən bu parlament seçkilərində namizəd kimi iştirak etməkdən böyük fəxarət və qürur hissi keçirdiyini bəyan edib. Daha sonra Vasif Qafarov seçiciləri öz seçki platforması və planları barədə məlumatlandırıb, onların suallarını cavablandırıb.
Hər iki görüşdə kənd ağsaqqalları və ağbirçəkləri Vasif Qafarova öz təbriklərini və xeyir-dualarını çatdırıblar. Seçicilər ailə üzvləri ilə birlikdə seçkidə aktiv iştirak edib Vasif Qafarovu dəstəkləyəcəklərini bildiriblər.
Vasif Qafarov sakinlərlə görüşməkdən, söhbətləşməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib və göstərilən diqqət və dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Vasif Qafarov 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Tarix elmləri doktorudur. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.