Sərnişin təcili çıxışı açaraq təyyarədən atılıb - FOTOLAR


Sərnişin təcili çıxışı açaraq təyyarədən atılıb - FOTOLAR

Təyyarənin dayanmasını gözləyə bilməyən sərnişin təcili yardım qapısını açıb və aşağı atılıb.
 

Sfera.az bildirir ki, qəribə və gülməli hadisə Melburn hava limanında Sidneydən eniş edərkən baş verib.
 

Şahidlərin sözlərinə görə, təyyarə dayanan kimi sərnişin təcili çıxışa yaxınlaşaraq qapını açıb. Daha sonra qanadın arxasındakı xilasedici paraşüt avtomatik olaraq işə düşsə də, adam buna məhəl qoymayıb. Əvəzində o təyyarənin mühərriklərindən birinə tərəf yönəlib və oradan uçuş-enmə zolağına tullanıb.


Eyni reysdə olan sərnişinlər adamdan onun oturacağında əyləşməsini xahiş etsələr də, o heç kimi dinləməyib. Həmin sərnişin ekipaj üzvlərinin də bütün istək və xəbərdarlıqlarına məhəl qoymayıb.
 

Hadisə barədə aviaşirkətin əməkdaşları tərəfindən xəbərdar edilən Avstraliya Federal Polisi sərnişini aqressiv davranışda və uçuş təhlükəsizliyi protokollarını pozmaqda ittiham edərək həbs edib.
 

O, həmçinin təcili tibbi yardım həkimləri tərəfindən müayinə olunaraq tibb müəssisəsinə aparılıb, hazırda mütəxəssislərin nəzarətində saxlanılır. Polis araşdırmalarını davam etdirir.
 

Melburn hava limanının rəsmiləri yer heyətinin sürətli reaksiyasını yüksək qiymətləndiriblər. Onların sözlərinə görə, bu, digər sərnişinləri və işçiləri qorumağa imkan verib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...