Baş məşqçi Mbappedən danışmaqdan imtina etdi: "Çox darıxdırıcısınız..."


Baş məşqçi Mbappedən danışmaqdan imtina etdi: "Çox darıxdırıcısınız..."

Paris Saint-Germain-in (PSJ) baş məşqçisi Luis Enrike "Real Madrid"ə keçən klubun keçmiş hücumçusu Kilian Mbappe haqqında jurnalistlərə danışmaqdan imtina edib.
 

Sfera.az xəbər verir ki, onun sözlərini RMC Sport sitat gətirib.
 

“Mən sizə deyə bilərdim: Siz fransızlar çox darıxdırıcısınız. Mbappe PSJ forması geyinən futbolçu deyil. Mən yalnız PSJ-də oynayan futbolçulardan danışıram”, - deyə Enrike bildirib.
 

Mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra 2017-ci ildən çıxış etdiyi Fransa komandasını tərk edəcəyini rəsmən açıqlayıb. Mbappe ilə Real Madrid arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən bildirilib. Hücumçu Madrid klubuna azad agent kimi keçib. O, Madrid klubunda debütünü UEFA Superkubokunda “Atalanta” ilə matçda (2:0) edib.
 

Avqustun 20-də PSJ-nin Mbappeyə borcuna görə Çempionlar Liqasından kənarlaşdırıla biləcəyi ilə bağlı məlumatlar ortaya çıxıb. Forvard Fransa Futbol Federasiyası vasitəsilə Fransa Liqasının və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hüquq komissiyasına müraciət edərək Paris klubundan köhnə müqaviləyə əsasən 55 milyon avro məbləğində təzminat ödəməsini tələb edib.


İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...