"Cəmiyyətimizdə kişinin dəyəri çöldəki "performansına" görə ölçülür" - Psixoloq

"Cəmiyyətimizdə kişinin dəyəri çöldəki "performansına" görə ölçülür" - Psixoloq

“Extraordinary Science” jurnalında dərc edilən araşdırmaya görə, evləndikdən sonra kişilərin intelekt səviyyələri (IQ) aşağı düşür.


Bəs bu nə ilə əlaqəlidir?


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Əfsanə Rüstəmova bildirib ki, oğlan uşaqları doğulandan analarının himayələrində olurlar:

 

“Sonrakı dövrlərdə isə məişət qayğıları ilə bağlı ehtiyacları yoldaşları tərəfindən ödənilir. Məhz bu baxımdan onlar özlərini inkişaf etdirməyə ehtiyac duymurlar. Ümumiyyətlə, Şərq toplumunda və bizim kimi cəmiyyətlərdə kişinin dəyəri çöldəki "performansına" görə ölçülür. Ona görə də, özünə çay süzən kişilər bizə möcüzəvi gəlir. Biz həmin kişinin nə qədər faydalı iş gördüyünü, özünüə qulluq etdiyini yüksək dəyərləndirərək danışırıq. Evləndikdən sonra ana himayəsindən çıxan kişi yoldaşının himayəsinə keçir.  Beləliklə kişilər məişətdə özlərini realizə edə bilmirlər, amma bizim ölkədə bu normal qarşılanır. Bizim cəmiyyətə görə, kişi özünə qulluq etməməlidir. “Əslində kişi də qadın qədər özünə xidməti bacarmalıdır” ifadəsini işlətsək, cəmiyyət tərəfindən qınanılacaq”.


Psixoloq qeyd edib ki, kişilər evlilikdən zərər görürlər:


“Çünki ən kiçik məişət ehtiyaclarını belə özləri ödəyə bilmirlər. Yoldaşından asılı olurlar.  Həmçinin kişilərin əksəriyyəti yoldaşları tərəfindən məişət ehtiyacları ödənmədikdə aqressivləşirlər.  Hətta bəzi hallarda bu aqressivlik şiddətlə nəticələnə bilir. Kişilər yanlız məişət yox, cinsi ehtiyaclarını da özləri ödədikdə daha xoşbəxt olurlar”.  


Klinik psixoloq Nahidə Axundovanın sözlərinə görə, bəzi araşdırmalar göstərir ki, stress, yorğunluq və uşaqların böyüdülməsi IQ səviyyəsinə təsir göstərə bilir:


“İnsan ailə həyatı qurduqdan sonra özünə ayırdığı zaman azalır. Bu zaman onlar öz şəxsi inkişaflarına və təhsillərinə yetərincə zaman ayıra bilmirlər. Həyat tərzi dəyişir. Kişilər  evləndikdən sonra çölə rahat çıxa bilmirlər və əylənə bilmirlər. Bu faktorları nəzərə alaraq İQ-nün azalmasını birbaşa ailə qurmaqla əlaqələndirmək olmaz.  Daha çox həyat tərzinin dəyişməsi intelekt səviyyəsinə təsir göstərir”.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...

Bakı metrosunda “yanğın”: FHN hərəkətə keçdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında taktiki-xüsusi təlim keçi...

Zaurun zarafatı Günayı özündən çıxardı - VİDEO

Aparıcı Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva sosial şəbəkədə paylaşdıqları görüntülərlə yenidən gündəmə gəliblər.   Sfera.az xəbər veri...