Azərbaycanda 1, 3, 5 qəpiklər dövriyyədən çıxarılacaq?

Azərbaycanda 1, 3, 5 qəpiklər dövriyyədən çıxarılacaq?

 

Mağazalarda bir çox insan onlara 1 və 3 qəpikliklər qalıq kimi veriləndə bundan imtina edir. Vətəndaşlar bu qəpiklərin işlənmədiyini deyirlər.

  "Yeni müsavat”ın yazdığına görə, müşahidələr göstərir ki, 1, 3, 5 qəpik kimi xırda pulların dövriyyəsində böyük problem var.

Hətta bu qəpiklərə ictimai nəqliyyatda sürücülər də yaxın durmur. Onları "Bakıkart”a vurub, metrolarda istifadə edə bilmirik. Bu cür qəpiklərin yalnız böyük marketlərdə istifadə etmək mümkündür.

Qəzetin əməkdaşı yazır: "1, 3, 5 qəpikliklərdən ibarət 20 qəpik məbləğ düzəldib kiçik bir marketə yaxınlaşdıq. Əlimizdəki pulla salfet almaq istədikdə satıcı xırda qəpiklikləri görüb "iri pul verin, bu qəpiklər sonra üstümdə qalır, heç kimə verə bilmirəm” deyə irad bildirdi. Ən pis halda 5 qəpikləri alacağını dedi.

Apardığımız müşahidə zamanı da bəlli oldu ki, xüsusən də 1 və 3 qəpikləri heç yerdə götürmürlər. Bu qəpiklərdən sanki hansısa virusdan qaçar kimi qaçırlar”.

Əslində isə Valyuta Tənzimlənməsi Haqqında Qanunun 4-cü maddəsinə əsasən, vətəndaş hər hansı müqavilə və əqdi ölkə valyutasının istənilən növü ilə bağlaya bilər. Mövcud qaydalara görə, əgər hər hansı bir sahibkarlıq subyekti, belə sikkələri almaqdan imtina edərsə, o zaman vətəndaş Mərkəzi Banka müraciət etməlidir. Eyni hal 2 dəfə təkrarlanarsa, o zaman Mərkəzi Bank tərəfindən həmin obyektin bağlanması ilə bağlı məsələ qaldırıla bilər.

İqtisadçı-ekspert Natiq Cəfərli 1 və 3 qəpikliklərin dövriyyədən çıxarılması məsələsinin gündəmə gələcəyini dedi: "İnflyasiyanın səviyyəsi artıq o həddə çatıb ki, 1 və 3 qəpikliklərin işlənilməsi üçün şərait də getdikcə azalır. Qəpiklərin istehsal olunmasının maya dəyəri öz nominal dəyərindən daha çoxdur. 

Yəni 1 qəpiyi istehsal etmək üçün dövlət 1 qəpikdən daha artıq vəsait xərclənməli olur. Çox güman ki, qiymət artımının, inflyasiyanın həddini nəzərə alaraq bu qəpiklərin dövriyyədən çıxarılması məsələsi gündəmə gələcək. Çünki qiymətlərin sürətlə artması, manatın dəyərdən düşməsi bu məsələni də aktuallaşdırır. 

Dövlətə artıq iqtisadi cəhətdən sərf də etməyəcək ki, 1, 3, 5 qəpiklikləri istehsal etsin və dövriyyəyə buraxsın. Bir müddət sonra yəqin ki, bu məsələ həllini tapacaq. Amma bu insanlara ziyan vurmaq yolu ilə olmamalıdır.

Banklara Mərkəzi Bank tərəfindən xüsusi göstəriş və yaxud da tapşırıq verilə bilər. Əslində qanunla banklar bu qəpikləri götürməlidirlər.

Kimin evində, əlində varsa və yaxud da kiçik mağazalarda yığılıb qalmış 1 və yaxud da 3 qəpikliklər varsa, onlar banklar tərəfindən bir dəfəlik qəbul olunub dəyişdirilməlidir və dövriyyədən çıxarılmalıdır.

Çox güman ki, belə bir addım atılmağına ehtiyac yaranıb. İndiki qiymət artımı çərçivəsində bu cür qəpiklərin işlədilməsi artıq aktuallığını itirir”.


OXŞAR XƏBƏRLƏR

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

Krallar, kraliçalar və jaklar ən prestijli kartları hesab olunur.   Bəs bu rəqəmlərin real tarixi şəxsiyyətlər olub-olmaması barədə dəqiq məlumatınız...

Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb

İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.   ...

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...