"Bu, bankomatlar qarşısında sıxlığın da qarşısını alacaq" - Ekspertdən banklara TƏKLİF

"Bu, bankomatlar qarşısında sıxlığın da qarşısını alacaq" - Ekspertdən banklara TƏKLİF

Ölkəmizdə bir çox bank var. Onların hər biri öz ödəniş kartlarını istehsal edir və müştərilərinə xidmətlər verir. Xidmət keyfiyyəti isə onların işlərinə verdikləri diqqətə görə fərqlidir. Kim daha operativ xidmət göstərirsə, müştəri də həmin bankı seçməkdə maraqlı olur. Bəzən olduğumuz yerdə öz bankımıza aid bankomat olmadıqda, digər bankların bankomatlarından istifadə etməli oluruq. Lakin pulu nağdlaşdırmaq kimi imkanımız olsa da, bunun üçün müəyyən qədər rüsum tutulur, hətta bəzi banklarda miqdar olduqca yüksəkdir. Hələ də bir çox vətəndaş bu məsələdən narahatdır. 

 

Bəs bu problem hansı yolla aradan qaldırıla bilər?


Sfera.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, maaş və pensiya kartları üçün xüsusi imkanlar yaradılsa, daha xoş olardı:

 

“İnsanlar aldıqları maaş və pensiya məbləğlərini istənilən bankomatda nağdlaşdıra bilsələr, bu bankomatlar qarşısında sıxlığın da qarşısını almış olar. Nağdsız alış-verişi dəstəkləmək və təşviq etmək lazımdır, amma unutmamalıyıq ki, hamının tanıdığı bəzi ticarət mərkəzləri var ki, oralarda, ümumiyyətlə, kassa sistemi yoxdur və alış-veriş ancaq nağd yolla mümkündür. Bu tipli yerlərə müraciət edənlər kifayət qədərdir. Ümid edirəm, banklar öz aralarında vətəndaşlarımızın xeyrinə münasib addımlar atacaqlar”.

 

Ekspert kart istifadəçilərinə kiberdələduzlar barədə xəbərdarlıq da edib:

 

“Bütün bank kartı istifadəçilərinə tövsiyə edərdim ki, öz kartlarının tarixçələrini daim nəzarətdə saxlasınlar. Tarixçələrində etmədikləri hərəkət olarsa, bank ilə danışaraq, dəqiqləşdirsinlər və müdaxilə olduğu aydın olarsa, kartlarını bloklasınlar və hüquqi müraciət etməyi unutmasınlar”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Təcili tibbi yardıma 800 minə yaxın müraciət oldu

Bu ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb.   Sfera.az xəbər verir...

“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki, yeyib-içəcəyik” - Mədinənin dəhşətli ölümü ilə bağlı DETALLAR + VİDEO

Ağstafanın Vurğun qəsəbəsində 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.   Sfera.az-ın İTV-yə istinadən məlumatına görə, 23 yaşlı Valeh Qədimov həy...

Polisdən bu şəxslərə XƏBƏRDARLIQ! - "Səfərlərinizi..."

Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir.    Bu barədə Sfera.az...

Tədavülə yeni 3 qəpiklik buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənmə...

İtkin düşən 4 nəfər tapıldı

Dekabrın 21-də və 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarı...

İKTA yazı müsabiqəsi elan edir

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Rəqəmsal dövrdə int...