Rusiya-Ukrayna danışıqları ilə bağlı AÇIQLAMA: "İlin sonuna qədər..."

Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa hesab edir ki, 2024-cü ilin sonunda Ukrayna ilə danışıqlar başlaya bilər.
Sfera.az xəbər verir ki, deputat bu barədə “Lenta.ru”ya açıqlamasında deyib.
A.Çepanın fikrincə, Ukrayna ilə indi danışmağın mənası yoxdur. O, danışığa başlamaq üçün Rusiyanın cəbhədə daha böyük uğur əldə etməsinin lazım olduğunu bildirib:
“İlin sonuna qədər Ukrayna münaqişəsi daxilində vəziyyət əhəmiyyətli dərəcədə dəyişə bilər. Amma hazırda Rusiya üçün danışıqlara başlamağın mənası yoxdur. Kursk vilayətinə hücum olanda, Qərb ölkələrindən Rusiyaya təcavüz üçün Ukraynaya dəstək veriləndə, hər hansı danışıqlardan danışmaq çox çətindir”.
Onun sözlərinə görə, bu vəziyyət münaqişənin sülhlə nizamlanması prosesinə başlanmasını ləngidir:
“Hazırda bu danışıqların nə vaxt başlaya biləcəyini söyləmək çətindir, çünki hazırda mən onlarda məna görmürəm. İlin sonuna qədər, əlbəttə ki, hər şey dəyişə bilər, lakin bunun üçün mənim fikrimcə, silahlı qüvvələrimiz tərəfindən müəyyən, daha sərt tədbirlərə ehtiyacımız var”.
Vasif