"Ukraynanın Rusiya aviabazalarına hücumları uğurlu alınır, çünki..." - AÇIQLAMA

"Ukraynanın Rusiya aviabazalarına hücumları uğurlu alınır, çünki..." - AÇIQLAMA

"Ukrayna Rusiya aviabazalarına hücumları davam etdirir. Növbəti hədəf Volqoqrad vilayətinin Oktyabrsk qəsəbəsində yerləşən “Marinovka” hərbi aerodromu olub".

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

 

Onun sözlərinə görə, yerli sakinlərin yaydığı videolar hücumun uğurlu alındığını göstərir: 

 

“Ən azı aerodromda aviabombaların saxlanıldığı sursat anbarında partlayış baş verdiyi dəqiqdir. Təyyarələrə zərər dəyib-dəymədiyi sonrakı günlərdə peyk fotoları ilə müəyyənləşəcək. Avqustun 14-də Nijnıy Novqoroddakı “Savasleyka” aviabazasına hücum zamanı 1 ədəd MiQ-31 döyüş təyyarəsi və 2 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsinin məhv edildiyi dəqiqləşib. Daha 5 təyyarənin zədə aldığı bildirilir”.

 

Siyasi şərhçi qeyd edib ki,  Rostov vilayətinin Proletarsk rayonunda yerləşən, Rusiyanın Dövlət Ehtiyatları üzrə Federal Agentliyinə məxsus “Qafqaz” kombinatının yanacaq bazası 4 gündən çoxdur, yanır:

 

“Burada hər birində 5 min ton yanacaq olan 74 böyük çən var idi.  Bunların 20-dən çoxu artıq partlayıb. Soyutma-söndürmə çalışmaları dayandırıldığı üçün digər çənlər də qızdıqca partlayır. Kursk əməliyyatına gəldikdə isə vilayətin Qluşkovsk rayonunda, Seym çayının cənub sahilində mövqe tutmuş Rusiya qüvvələrinin logistikası kəsilib. Çay üzərindəki 3 körpü vurulduqdan və quraşdırılan ponton körpülər dağıdıldıqdan sonra çayı ancaq üzərək keçmək mümkündür. Burada təxminən 2 min, bəzi məlumatlara görə 3 min Rusiya əsgəri faktiki olaraq mühasirə vəziyyətindədir”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Pərvinin 100 mini OĞURLANDI - VİDEO

  Aktrisa Pərvin Abıyevanın evindən oğurluq edilib. Sfera.az xəbər verir ki, Pərvin bu barədə “İncə səhər”də açıqlama verib. &n...

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.   Sfera.az “qafqazinfo.az”a istin...

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...