Blinken nəticə var deyir, Netanyahu inkar edir - Qordi düyününə çevrilən QƏZZA...

Blinken nəticə var deyir, Netanyahu inkar edir - Qordi düyününə çevrilən QƏZZA...

ABŞ-də noyabr seçkiləri öncəsi Baydenin Qəzzada müharibəyə son qoymaq cəhdləri heç bir nəticə verməyib.

 

Sfera.az bildirir ki, 10 ayda 9 dəfə Yaxın Şərqi gəzən ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtona yenə əliboş qayıdıb. Sonuncu dəfə o,  İsrail, Misir və Qətərdə olub. Həftə sonuna qədər razılığa gəlmək məqsədi ilə təmaslara başlayan Blinken son dayanacağından - Dohadan ayrılıb. “Yaxın günlərdə Qəzzada atəşkəs əldə edilməlidir. Biz bölgədə uzunmüddətli gərginliyə qarşıyıq”, -  o bildirib.

 

Digər tərəfdən, danışıqların bu gün və sabah Misirin paytaxtı Qahirədə davam etdirilməsi gözlənilir. Belə ki, İsrailin Baş naziri Netanyahu Blinkenlə görüşündə Qahirəyə nümayəndə heyəti göndərəcəyini bildirib. Lakin İsrail hökumətinin atəşkəsə yanaşması Vaşinqton administrasiyasını qane etmir. İsrail mediası ötən gün girovların yaxınları ilə görüşən Netanyahunun “Atəşkəsin olacağına əmin deyiləm. Biz əsgərlərimizi Qəzzadan çıxarmayacağıq” dediyini yazıb.

 

ABŞ rəsmiləri isə bəyan edirlər ki, Netanyahunun Qəzzaya nəzarətlə bağlı bəyanatları razılaşma prosesinə kömək etmir. Həmçinin Qətər və Misir danışıqlar zamanı ABŞ-yə xəbərdarlıq edərək HƏMAS-ın hazırlanan yeni razılaşmanı qəbul etmə ehtimalının çox az olduğunu bildirib. HƏMAS-ın “Amerika təklifi” olaraq xarakterizə etdiyi yeni razılaşmada “İsrail ordusunun Misir sərhədindən tədricən çıxarılması”, “fələstinli məhbusların bir qisminin deportasiyası”, “növbəti mərhələlərdə daimi atəşkəsin müzakirəsi” və.s kimi maddələr yer alıb. HƏMAS əvvəlki açıqlamalarında bu şərtləri qəbul etməyəcəyini bildirib.

 

“Politico”ya danışan ABŞ və İsrail rəsmiləri Qəzzada atəşkəs danışıqlarının “iflas ərəfəsində” olduğunu vurğulayıblar. Mənbələrin bildirdiyinə görə, vasitəçilərin alternativ razılaşması yoxdur. Eyni zamanda ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Qəzzada aparılan atəşkəs danışıqlarına müdaxilə etməyə çalışdığı iddia edilib. Avqustun 14-də Trampla İsrailin Baş naziri Benyamin Netanyahunun telefon danışığı olduğu barədə məlumatlar var. Buna baxmayaraq, həm Netanyahu, həm də Tramp ittihamları rədd ediblər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Paşinyan:"Sünnət olunmadığımı sübut etməyə hazıram"

2025-ci il 24 iyun tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yeni paylaşımı ilə diqqət çəkib. O, bütün ermənilərin Katolikosu II ...

Ərdoğan: "Tərəfləri atəşkəsə əməl etməyə dəvət edirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayıb.   Sfera.az bu barədə...

Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.   Sfera.az xəbər ...

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun q...

Növbəti köç karvanı Həsənriz və Sarıcalıya çatdı

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub. &nb...

Bakıda restoranda dava: Aşpaz müştərini döydü

Bakıda restoranda dava düşüb.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 62 ünvanında fəaliyyət göstərən restor...