Bu gün Azərbaycanda analoq televiziya yayımı tam dayandırılacaq

Bu gün Azərbaycanda analoq televiziya yayımı tam dayandırılacaq

 

Azərbaycanda bu gündən etibarən son olaraq 14 rayonda analoq televiziya yayımı dayandırılacaq və beləliklə ölkə üzrə tam olaraq rəqəmli TV yayımına keçiləcək.

Bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov Report-a deyib.

O bildirib ki, dekabrın 20-dən etibarən analoq yayımı həyata keçirən 330 televiziya ötürücüsünün sonuncuları da söndürüləcək:

"Hazırda rəqəmli televiziya yayımını 145 TV ötürücüsü həyata keçirir. Amma bəzi ərazilərdə olan boşluğu aradan qaldırmaq üçün daha 45 ötürücü sifariş olunub. Onlar da quraşdırıldıqdan sonra ötürücülərin say 190-a çatdırılacaq. Bakı şəhərində 18, Abşeronda isə 20 rəqəmli televiziya ötürücüsü quraşdırılıb. Quraşdırılan rəqəmli televiziya ötürücüləri əsasən İtaliyadan gətirilib. Bundan başqa, Rusiya, Türkiyə, Baltikyanı ölkələr, az sayda olsa da Almaniya və Yaponiya şirkətlərindən də ötürücülər alınıb”.

Dekabrın 20-də – son mərhələdə analoq yayımın dayandırılacağı rayonlar Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astaradır.

Qeyd edək ki, MTRŞ-nın qərarına əsasən, rayonlarda analoq yayımın dayandırılması mərhələli şəkildə həyata keçirilib.

Birinci mərhələdə - 1 dekabr tarixdən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmazda, ikinci mərhələdə - 10 dekabr tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda analoq yayım dayandırılıb.

Bakı və Abşeronda isə analoq yayım noyabrın 1-dən etibarən dayandırılıb.  


OXŞAR XƏBƏRLƏR

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

Krallar, kraliçalar və jaklar ən prestijli kartları hesab olunur.   Bəs bu rəqəmlərin real tarixi şəxsiyyətlər olub-olmaması barədə dəqiq məlumatınız...

Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb

İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.   ...

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...