Baş nazir yeni Sərəncam İMZALADI

Baş nazir yeni Sərəncam İMZALADI

Baş nazir Əli Əsədov "Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” ölkə Prezidentinin 30 iyul 2024-cü il tarixli sərəncamının icrasının təmin etmək məqsədilə yeni sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, sərəncama əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR) ilə razılaşdırmaqla, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və tərtib edilmiş yerquruluşu planlarına əsasən, “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətinə aid 29,63 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə həmin Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsini 20 gün müddətində təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

 

İqtisadiyyat Nazirliyi, SOCAR və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Sərəncamın 1-ci hissəsinin icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

 

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


OXŞAR XƏBƏRLƏR

Pərvinin 100 mini OĞURLANDI - VİDEO

  Aktrisa Pərvin Abıyevanın evindən oğurluq edilib. Sfera.az xəbər verir ki, Pərvin bu barədə “İncə səhər”də açıqlama verib. &n...

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.   Sfera.az “qafqazinfo.az”a istin...

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...