Zaur Şükürov Sumqayıtda şəhid və qazi ailələri ilə görüşdü - FOTO

47 saylı Sumqayıt – Abşeron – Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi qeyd alınmış Zaur Ramiz oğlu Şükürovun seçkiqabağı təbliğat – təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində şəhid ailələri və qazilərlə görüşü baş tutub.
Sfera.az xəbər verir ki, görüş əsnasında Azərbaycan Prezidentinin mükəmməl Ali Baş Komandanlığı, şəhidlərimizin və qazilərimizin, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə şanlı tariximizə qızıl hərflərlə yazılan yeni bir səhifə açıldığı qeyd edildi, onların bu fədakarlığını xalqımızın heç vaxt unutmayacağı vurğulandı.
Şəhid ailələri və qazilər dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını bildirərək, onları təmsil edəcək millət vəkili ilə mütəmadi görüşlər keçirilməsinin arzuedilən olduğunu qeyd etdilər.
Sonda görüş iştirakçılarını maraqlandıran sualları cavablandırılıb həmçinin seçki kampaniyası çərçivəsində belə görüşlərin davam etdiriləcəyini diqqətə çatdırılıb.
Namizəd görüşdən öncə Sumqayıt Şəhidlər xiyabanını ziyarət edərək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini dərin hörmət və minnətdarlıqla yad edib.
Zaur Şükürov Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyib, qazilərimizə sağlıq arzulayıb.