Nömrəsiz sürdüyü avtomobili sosial şəbəkədə paylaşan şəxs saxlanıldı


Nömrəsiz sürdüyü avtomobili sosial şəbəkədə paylaşan şəxs saxlanıldı

Normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirən, ön dövlət qeydiyyat nişanını çıxaran, təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə edən və bu hərəkətləri sosial şəbəkədə təbliğ edən şəxs müəyyən edilərək saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev məlumat verib.

.

Onun sözlərinə görə, Şamaxı rayon sakini Sərxan Vüqar oğlu Məmmədov 56-BF-644 dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi inzibati hüquq pozuntularına görə Müşfiq qəsəbəsində yerləşən stasionar postda saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Sərxan Məmmədov avtomobili etibarnaməsiz idarə edib və bu qanunsuz hərəkətləri sosial şəbəkədə yaymaq məqsədilə törədib. Hazırda etdiyi əməllərdən peşman olduğunu bildirib. Şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri görülüb.

 

M.Ağayev bir daha sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, ölkəmizdə sürücü mədəniyyətinin formalaşmasına töhfə verməyə və böyüyən gənc nəsil üçün yaxşı nümunə olmağa çağırıb.(Unikal)


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...