20 yaşlı qızı öldürən 62 yaşlı müəllimə hökm oxundu


20 yaşlı qızı öldürən 62 yaşlı müəllimə hökm oxundu

Abşeron rayonunda 20 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

 

Sfera.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Samir Məmmədov E.Quliyevin 10 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.

 

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.

 

Eynulla Quliyev 1994-cü il təvəllüdlü tanışı Arzu Rəhimova ilə mübahisə edib. Mübahisədən sonra isə o, tanışını qətlə yetirib.

 

E.Quliyev Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan olunub. (APA)


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...