Evliliyin ən çətin illəri AÇIQLANDI: 7-ci ili keçərsə...

Evliliyin ən çətin illəri AÇIQLANDI: 7-ci ili keçərsə...

Evliliyin ən xoşbəxt illəri cütlüklərin bir-birini ən yaxşı anladığı və harmoniya içində olduğu zamanlar, ən çətin illəri isə sevginin sınaqdan keçdiyi və səbir tələb edilən dövrlərdir.


Sfera.az xəbər verir ki, mütəxəssislər evliliyi 3 fərqli il kateqoriyasında dəyərləndirirlər.


İlk 3 il cütlüklərin ən xoşbəxt olduğu illər hesab olunur. Çünki dünyaya uşaq gətirməyə də bu illərdə qərar verilir. İlk 3 il ərzində cütlüklər bir-birlərinə qarşı daha anlayışlı olurlar.


Ailədə problemlərin əksəriyyəti 5-ci ildən etibarən ortaya çıxmağa başlayır. Evliliyin 5-ci ili ən çətin il hesab olunur. Boşanmaların əksəriyyəti məhz bu ildə baş verir.
Evliliyin növbəti çətin ili isə 7-ci ildir. Sosioloqların “7-ci il problemi” adlandırdıqları bu dövrdə cütlüklər maliyyə problemləri və uşaqlara vaxt ayırma mövzularında daha çox mübahisə edirlər. Əgər bir evlilik 7 ili keçərsə, onun sonsuzadək davam etmə imkanı daha çoxdur.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR