Avropa qışa hazırdır - Hədəfə iki aydan tez çatıblar

İqtisadiyyat
17:22 / 21.08.2024
8459
Avropanın təbii qaz anbarlarında doluluq səviyyəsi maksimum həddə çatıb.
Sfera.az “Gas Infrastructure Europe” sənaye qrupunun son məlumatına istinadən xəbər verir ki, anbarlarda doluluq səviyyəsi 90 faizi ötüb.
Avropanın təbii qaz çənlərində doluluq nisbəti Almaniyada 93,6 faizə, Fransada 86,21 faizə, İtaliyada 91,37 faizə, İspaniyada 100 faizə çatıb. Ukraynanın təbii qaz anbarlarında doluluq nisbəti isə 22,17 faiz təşkil edib.
Avropa İttifaqı bu qədər qazı noyabrın 1-nə kimi doldurmağı hədəfləyirdi. Görünən budur ki, avropalılar hədəfə 2 aydan tez çatıblar.
Anbarların daha tez doldurulması mövsümi dəyişikliklə əlaqədar qaz qiymətlərində baş verən kəskin yüksəlişin qarşısını alacaq.
Vasif