Azərbaycan bu ölkələrdən banan idxal edir

Azərbaycan bu ölkələrdən banan idxal edir

Azərbaycana hər gün xaricdən təxminən 180 ton banan idxal edilir. İdxal edilən bananın 99,5 faizi isə bir ölkədən alınır. 


Sfera.az xəbər verir ki, 2024-cü ilin birinci yarısında Azərbaycana 32 min 486 ton banan idxal edilib. Bu qədər bananın 32 min 486 tonu Ekvadordan gətirilib. 


Banan Afrika qitəsinin meyvəsi kimi məşhurlaşsa da, Azərbaycan uzaq Cənubi Amerika ölkəsindən banan almağı üstün tutur. 


Bu, səbəbsiz deyil. Çünki dünyada ən çox banan istehsal edən ölkələrin bir neçəsi məhz Amerika qitəsində yerləşir. Afrika ölkələri arasında banan yetişdirənlər olsa da, onlar ən çox banan yetişdiriciləri arasında azlıq təşkil edir. 


2022-ci ilin məlumatına əsasən, dünyada təxminən 180 milyon ton banan yetişdirilib. Bunun 34,5 milyon tonu Hindistanda, 12 milyon tonu Çində, 10,4 milyon tonu Uqandada, 9 milyon tonu İndoneziyada, daha 9 milyon tonu Fillipində, 8 milyon tonu Nigeriyada, 7 milyon tonu Ekvadorda, bir o qədəri isə Braziliyada yetişdirilib.


Azərbaycana yaxın olan ölkələrdən yalnız İranda banan yetişdirilir. Lakin İrandan banan idxalının miqdarı məhduddur. 2024-cü ilin birinci yarısında İrandan cəmi 1 250 kq banan alınıb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR