Dövlətə xəyanətdə ittiham olunan Nəzakət Məmmədova hakim qarşısına çıxarılır
Politoloq Nəzakət Məmmədovanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Sfera.az xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılır.
Məhkəmənin hazırlıq iclasında Nəzakət Məmmədovanın ad-soyadı, təvəllüdü, həbsinə qədər hansı işlə məşğul olması ilə bağlı məlumatlar dəqiqləşdirilib. Hazırlıq iclasının qərarına əsasən, onun haqqında cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmə baxışı avqustun 30-da keçiriləcək.
Xatırladaq ki, Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, casusluq etməkdə günahlandırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Altay