İtaliyanın incisi Amalfi və Kapridən FOTOREPOTAJ

Turistlərin ən çox üz tutuduğu Avropa ölkələrindən biri İtaliyadır. Kapri adası, Amalfi şəhəri də bu baxımdan seçilən yerlərdəndir.
Sfera.az bildirir ki, Amalfi sahili Sorrentin Peninsula yarımadasının kənarında, İtaliyanın Campania bölgəsində yerləşən məkandır. Bura Aralıq dənizinin sularına doğru uzanan sıldırımlı qayaları ilə tanınır. Sahil xətti boyunca möhtəşəm yarğanlar, romantik körfəzlər və zəngin bitki örtüyü yer alır. Füsunkar kiçik evlər dənizə doğru bir-birinin ardınca sıralanır. Hələ XVIII əsrdə alman yazıçısı və şairi Yohann Volfqanq Gote buranın gözəlliyi haqqında yazıb. Amalfi sahili İtaliyanın ən əhəmiyyətli turizm mərkəzlərindən biridir.
Tirren dənizində, Neapol körfəzinin cənubunda, Sorrento yarımadasının yaxınlığında yerləşən Kapri isə dünyanın ən məşhur adalarından biridir. Qədim Roma dövründə kəşf edilən bu ada o vaxtdan bəri yay kurort yeri kimi istifadə olunub.
Sfera.az-ın əməkdaşı isə sözügedən gözəl məkanlardan fotoreportaj hazırlayıb. Həmin görüntüləri təqdim edirik:
Fotolar: Anar Bayramlı
Günay