"İpoteka krediti imkanlı təbəqənin ev alması üçündür, çünki..." - AÇIQLAMA

"İpoteka krediti imkanlı təbəqənin ev alması üçündür, çünki..." - AÇIQLAMA

Bir çox insan ev almaq arzusunu reallaşdırmaq üçü ipoteka kreditinə üz tutur. Lakin ipoteka krediti üçün tələb edilən şərtlər buna imkan vermir. 


Bəs ipoteka kreditinin şərtləri niyə belə çətindir?


Mövzu ilə bağlı Sfera.az-a danışan sosioloq Elçin Bayramlı hesab edir ki, imkanı az olan şəxslərin ipoteka götürmək şansları yoxdur. 


“Azərbaycanda orta əməkhaqqı məlumdur, rəsmi göstəricilərə görə 800-900 manatdır. Bu da ailənin güclə dolanmasını təmin edir. Bu ipoteka xalq üçün deyil.  İpoteka əhalinin çox az bir hissəsinin, yəni imkanlı təbəqənin ev almasını şərtləndirən sistemdir. Faizlər, şərtlər, tələblər çox yüksəkdir. Nəticədə, ölkədə evləri bir qrup imkanlı şəxslər alır. Onlar da onlarla, yüzlərlə evlər alır və bunu biznes məqsədi üçün istifadə edirlər. Məsələn, evi kirayə verirlər. Nəinki gənc ailələr, görürsən ki, 20-40 illik ailələr belə kirayələrdə yaşayır və heç vaxt ev ala bilmirlər”. 


Sosioloqun sözlərinə görə, evsizlik problemi gənclərin ailə qurmasına mane olur:


"İpoteka kreditləri bir çox ölkələrdə 1-2%-lə verilir. Bəzi ölkələrdə bu hətta 0,5%- dir. Bizdə isə bundan dəfələrlə yüksəkdir. Nəticə də evsizlik problemi çoxalır. Bu insanların sosial vəziyyətini pisləşdirməklə yanaşı, həm də gənclərin ailə qurmasına mane olur”. 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...