Sürücülərə xəbərdarlıq edildi: "Yola çıxmazdan öncə..." - FOTO

Sürücülərə xəbərdarlıq edildi: "Yola çıxmazdan öncə..." - FOTO

Ötən gün axşam saatlarında Nizami rayonu, Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində, Yasamal rayonu, Tbilisi prospektində və Rövşən Cəfərov küçəsində texniki nasaz yük avtomobillərinin yolda qalması sıxlığın yaranmasına səbəb olub. 

 

Bu barədə Sfera.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, bu səbəbdən metronun "Neftçilər" və "20 Yanvar" stansiyaları, eləcə də "Xırdalan" dairəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri dəqiqələrlə sıxlıqda gözləməli olublar. 

 

“Müşahidə kameralarının qeydə aldığı vəziyyətlə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qısa müddətdə sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə işlər görülüb. Ancaq təəssüf ki, əksər hallarda texniki nasaz yük avtomobilləri, xüsusilə də intensiv hərəkət olan yollarda qalmaqla həm süni sıxlığın yaranmasına səbəb olurlar, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə zəmin yaradırlar”.

 

Qurum sürücülərə də çağırış edib: “Yola çıxmazdan öncə nəqliyyat vasitələrinin sazlığı yoxlanılmalı, texniki nasazlıq səbəbindən yolda qaldıqda isə təhlükəsizlik tədbirləri görülməlidir”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...