Dollar UCUZLAŞIR - SƏBƏB

ABŞ mərkəzi bankının (FED) tezliklə faiz dərəcələrini azaltmağa başlayacağı gözləntiləri dolları ucuzlaşdırır.
Sfera.az xəbər verir ki, bu gün birjalarda Dollar İndeksi 101,3 səviyyəsinə enib. Bu səviyyə son 8 ayın ən aşağı həddidir.
Xatırladaq ki, ABŞ-də yüksək inflyasiya və tənəzzül qorxusu ilə faiz dərəcələri 0-0,25 həddindən 5-5,25 həddinə qədər artırılıb. Artıq ABŞ-də inflyasiya minimum həddinə enib və ölkədə tənəzzül riski aradan qalxıb. Yeni vəziyyətdə FED-in faizləri tədricən əvvəlki həddə qədər endirəcəyi gözlənilir. Əgər faizlər endirilərsə, dolların ucuzlaşması ehtimalı güclüdür.
Bu gözləntidən irəli gələrək birjalarda dollar satışları azalıb ki, bu da ABŞ valyutasını ucuzlaşdırır. Ucuzlaşmanın bir qədər də davam etməsi gözlənilir. Proqnozlara görə, Dollar İndeksi 100 səviyyəsindən aşağı düşə bilər. Bu halda hazırda 1,11 dollar olan avronun 1,14-ə qədər bahalaşacağı proqnozlaşdırılır.
Vasif