Meymunçiçəyi virusu pandemiyaya çevrilə bilər? – AÇIQLAMA

Meymunçiçəyi virusunun sürətlə yayılması insanları narahat etməyə başlayıb. Bir çox insan bu virusun pandemiyaya çevriləcəyindən qorxur.
Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris bununla bağlı açıqlama yayıb.
O bildirib ki, bu xəstəliyin yayılmasının qarşısını almaq COVID-19-dan daha rahatdır:
“Pandemiyaya çevrilmə ehtimalı yoxdur. Meymunçiçəyi ilə mübarizədə kütləvi vaksinasiya əvəzinə virusa yoluxmuş ərazilərdə “məqsədli peyvənd” aparmaq lazımdır.
Virusun “1-ci və 2-ci sinif” olmaqla iki genetik növü mövcuddur. 1-ci sinif virus tez yayılır və xüsusilə uşaqlar arasında ölüm nisbəti çox yüksəkdir. HİV-ə yoluxmuş fərdlərin meymunçiçəyi virusunu daha ağır keçirmə ehtimalı var. Meymunçiçəyi virusunun spesifik müalicəsi yoxdur, amma simptomatik müalicə təsirli ola bilər”.
Ülkər Abdurahmanlı