Vəkil, namizəd Sərdar İsmayılovun görüşləri davam edir - FOTO

Cəmiyyət
09:37 / 21.08.2024
4874
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd vəkil Sərdar İsmayılovun növbəti görüşü Mehdiabad qəsəbəsin məcburi köçkünlər üçün tikilən "Qarant” yaşayış massivində baş tutub.
Sfera.az xəbər verir ki, görüşdə iştirak edən seçicilərə bir daha namizədin seçki platforması təqdim olunub, vətəndaşların nəzərinə Sərdar İsmayılovun deputat seçiləcəyi təqdirdə aradan qaldırılacaq problemlər çatdırılıb, o cümlədən, seçicilərin çətinlikləri və təklifləri dinlənilib, qeydlər aparılı aparılıb.