Ben Affleklə keçmiş həyat yoldaşı arasında baş verənlər AÇIQLANDI
Bir neçə aydır həyat yoldaşı Cennifer Lopezlə yaşamayan, daha təvazökar kirayə evə üstünlük verən və gözlənilən boşanma şayiələrini alovlandıran Ben Afflek eyni zamanda keçmiş həyat yoldaşı Cennifer Qarnerə qarşı da hərarət nümayiş etdirir.
Sfera.az bildirir ki, Ben Afflek və Cennifer Qarner boşandıqdan sonra da isti münasibət saxlamağa davam edirlər. Ben Afflek Cennifer Lopezlə evliliyində problemlərdən sonra ilk ailəsində dinclik və təsəlli tapır. Aktyor üç övladının anasının yanında olmaqdan özünü rahat hiss edir, bunu mediaya müsahibəsində bədən dili üzrə mütəxəssis Cudi Ceyms də təsdiqləyib.
Bu yaxınlarda keçmiş cütlük bütün uşaqları ilə birlikdə Nyu-Heyven şəhərində şam yeməyinə toplaşıb. Daha sonra onlar 18 yaşlı Violeti birlikdə kollecə yola salıblar. Paparazzi fotolarında Qarnerin Afflekə baxışları isti və mehriban olub.
10 illik evlilikdən sonra 2015-ci ildə ayrılan cütlük isti münasibətlərini qoruyub saxlaya bilib.
Qarner indi 6 il birlikdə olduğu iş adamı Con Millerlə eşq yaşayır və onunla evlənəcəyi barədə xəbərlər yayılıb.
Bununla belə, Ben daim Cenniferlə görüşməyə fürsət axtarır. Cudi Ceyms hesab edir ki, bu, onun Lopezlə evliliyindəki problemlərdən gizlənmək üsuludur.
"Görünür, Ben bura sığınır, keçmiş həyat yoldaşının və uşaqlarının yanını təhlükəsiz, tanış sığınacaq kimi görür. O, yaxşı bələd olduğu yerə sığınır, hal-hazırda evlilik problemləri onun başından aşıb-daşır”- deyə ekspert bildirir.
Ceyms eyni zamanda aktrisanın Benlə danışarkən tamamilə rahat göründüyünə də diqqət çəkib. Uşaqlar menyu seçərkən onlar həvəslə söhbət ediblər. Jurnalistlər də qeyd edib ki, ailəsi ilə keçirilən gündən sonra Afflekin də əhval-ruhiyyəsi qalxıb.
Cennifer Qarner boşandıqdan sonra da heç vaxt keçmiş həyat yoldaşı haqqında pis danışmayıb və çətin anlarda həmişə ona dəstək olub. Onlar övladlarının məktəb tədbirlərinə də birlikdə qatılıblar. Afflekin Lopezlə evliliyində problemlərinin xüsusilə kəskinləşdiyi günlərdə də Ceniffer keçmiş həyat yoldaşının yanına gedib, ya da Ben onun yanına gəlib.
Bir anda mediada Qarnerin keçmiş cütlüklər arasında sülhməramlı olmaqdan yorulduğuna dair məlumatlar ortaya çıxıb. Bir vaxtlar hətta J. Lonun Qarnerdən evliliklərini qorumaq üçün kömək istəyib.
Aynil
Sfera.az