Göydəniz Qəhrəmanov seçicilərlə görüşdü - FOTO

Cəmiyyət
07:00 / 21.08.2024
5968
17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Göydəniz Qəhrəmanov seçicilərlə növbəti görüşünü keçirib.
Sfera.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
"Sakinlərlə görüş zamanı üzləşdikləri çətinlik və qayğılarını, təkliflərini dinlədim, onları narahat edən sualları cavablandırdım. Öz növbəmdə seçicilərimə platformamda yer alan vacib məsələlər haqqında geniş məlumat verdim.
Mənə etimad göstərilərsə səlahiyyətlərim çərçivəsində problemlərin həlli istiqamətində bütün imkan və bacarıqlarımı əsirgəməyəcəyimi bildirdim. Seçicilərimi sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırdım".