Dünyanın ən yaşlı müttəhiminin cəzası qüvvədə saxlanıldı

Almaniyanın federal məhkəməsi 99 yaşlı İrmqard Fürçnerin məhkəmə hökmünü qüvvədə saxlayıb. İrmqard Fürçner Stutthof həbs düşərgəsində SS komendantının katibi (həbs düşərgəsi katibi) olub.
Sfera.az bildirir ki, İkinci Dünya Müharibəsinin son iki ilində makinaçı kimi işə başlayan İrmqard Fürçnerin olduğu həbs düşərgəsində ən azı 65 min insan ölüb. O, qətllərə qoşulmaqda ittiham olunur.
İrmqard Fürçner 2022-ci ildə Stutthof konsentrasiya düşərgəsində işlədiyi müddətdə 10.505 nəfərin qətlinə köməklik göstərdiyinə görə şərti iki il həbs cəzasına məhkum edilib. İrmqard 18 yaşında konslagerdə makinaçı kimi işə düzəlir və 1943-cü ilin iyunundan 1945-ci ilin aprelinə kimi orada işləyib.
Federal məhkəmə onun vəkilinin arqumentini rədd edib. Qeyd edək ki, vəkil müvəkkilinin iştirakının katiblik və makinaçı kimi adi vəzifələrindən kənara çıxmadığı iddiasını irəli sürüb. Məhkəmə isə qərarının qəti olduğunu və ondan şikayət verilə bilməyəcəyini əsas gətirib.
"Gündəlik xarakterli tipik, neytral peşəkar fəaliyyətlərin cinayət olmadığı prinsipi burada tətbiq edilmir, çünki müttəhim əsas cinayətkarların nə etdiyini bilirdi və bu işdə onlara dəstək verirdi" - deyə Leypsiq məhkəməsinin hakimləri bildirib.
Müasir Qdansk yaxınlığında, o zaman hələ də Almaniyanın Danziq şəhəri yaxınlığında yerləşən Ştuttof düşərgəsində təxminən 65.000 insan aclıqdan, xəstəlikdən və ya qaz kameralarında öldürülüb. Onların arasında müharibə əsirləri və nasistlərin məhv edilməsi kampaniyasında tutulan yəhudilər də olub.
Bu gün Stutthof düşərgəsi
Məhz bu düşərgədən bir çoxu Auşvitsdəki qaz kamerasına göndərilib.
Fürçnerin 2021-ci ildə məhkəməsinin açılışında iştirak etməməsi onu 96 yaşında dünyanın ən yaşlı qaçağı edib. Həmin vaxt hakimlər onun həbsi üçün order verməyə məcbur olub.
O, Holokost cinayətlərində ittiham olunan 90 yaşlı qocaların sonuncusu olub. Hüquqşünasları bu həbsləri tarixin ən dəhşətli kütləvi qətllərinin qurbanlarına ədalət gətirmək üçün son fürsətdən istifadə etmək cəhdi olduğunu bildirirlər.
Aysel
Sfera.az