Billi Ayliş rəsmi olaraq dünyanın ən populyar müğənnisi olub - FOTO

Billi Ayliş dünyanın ən məşhur müğənnisi olub. Onun 17 may 2024-cü ildə buraxılmış "Hit Me Hard and Soft" adlı studiya albomu platin olub. Ulduz şad xəbəri İnstaqramda çoxsaylı pərəstişkarları ilə bölüşüb.
Sfera.az bildirir ki, son bir ayda Billi ən azı 100 milyon insan tərəfindən dinlənilib. Müğənni belə heyrətamiz nəticəyə 22 yaşında nail olub.
Ayliş "Top albomlar qlobal" kateqoriyasında "The Tortured Poets Department" albomu ilə ikinci yeri tutan Teylor Svifti belə geridə qoyub. “Spotify” aylıq dinləmələr tarixində Billi Ayliş ən azı 100 milyon insan tərəfindən ən çox dinlənilən ən gənc ifaçı olub.
Müğənninin 78 mahnıdan ibarət diskoqrafiyasında Ayliş iki dəfə “Qızıl Qlobus” Mükafatına layiq görülüb. Bundan əlavə, Billi "No Time to Die" və "What Was Made for" mahnılarına görə ikiqat Oskar (2022, 2024) laureatıdır. Billi Ayliş Dörd “Grammy” Mükafatı, iyirmi Billboard Musiqi Mükafatı da daxil olmaqla bir çox musiqi mükafatına da sahibdir.
Aynil
Sfera.az