Rusiyadan Türkiyədə dincələn vətəndaşlarına - Xəbərdarlıq

Rusiyadan Türkiyədə dincələn vətəndaşlarına - Xəbərdarlıq

Turizm üzrə Federal Agentlik (Rosturizm) Türkiyədə istirahət edən Rusiya vətəndaşlarına vacib olmadığı təqdirdə yaşadıqları yeri tərk etməməyi və izdiham olan yerlərdən uzaqlaşmağı məsləhət görüb.

Sfera.az "Meduza.io”ya istinadən xəbər verir ki, bu cür bəyanat agentliyin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib.

Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib. Onun 1994-cü il təvəllüdlü Mevlüt Mert Altıntaş olduğu və Ankarada polis işlədiyi bildirilir.

Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.


OXŞAR XƏBƏRLƏR

Oyun kartlarındakı Kral, Kraliça və Yavərlər həqiqi insanlardırmı?

Krallar, kraliçalar və jaklar ən prestijli kartları hesab olunur.   Bəs bu rəqəmlərin real tarixi şəxsiyyətlər olub-olmaması barədə dəqiq məlumatınız...

Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb

İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.   ...

Zorakılığa məruz qaldığı üçün boy uzadılması əməliyyatı edən gəncin hekayəsi - FOTO

İndiki vaxtda qısa boylu olmaq həm cəmiyyətdə, həm də münasibətlərdə bəzən böyük bir tabuya çevrilə bilir. 23 yaşlı Leon niyə əməliyyat etmək qərarına gəldiyini...

Dırnaqlarınız tez uzanır yoxsa yavaş? - Dırnaqlar nə qədər yaşayacağınızın işarəsi ola bilər

Dırnaqlarınıza baxaraq ömrünüzü proqnozlaşdırmaq olar desək nə deyərdiniz? Harvard Tibb Məktəbinin genetiki Dr. David Sinclair, dırnaqları araşdıraraq gözlənilə...

Üz transplantasiya ilə tanınmış məşhur toy fotolarını nümayiş etdirdi - FOTOLAR

Dünyada ilk uğurlu üz və əl transplantasiyası əməliyyatı keçirən ABŞ-lı Co DiMeo toyundan ilk fotoları paylaşıb. Onun seçdiyi 34 yaşlı tibb bacısı Cessika Koba ...

Rusiyanın Fransadakı səfirliyi yaxınlığında partlayış - TƏFƏRRÜATLAR

Fevralın 24-də Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib. Hadisə yerində yanğın başlayıb. Sfera.az bildirir ki, bu barə...